Haqqımızda

Olam.az Vasco MMC-nin əmtəə nişanıdır.

Vasco MMC, Da Gama Solutions MMC-nin törəmə şirkətidir. Platformamız müxtəlif müəssisələrin yeni və ikinci əl inventarlarının satışını daha rahat, çevik və şəffaf şəkildə həyata keçirməsi üçün yaradılıb.

İnventarın yenidən dəyərə çevrilməsi

Biz şirkətlərin istifadə etmədiyi, yenilənən və ya artıq ehtiyac duymadığı inventarın yenidən dəyərə çevrilməsinə şərait yaradırıq.

Təqdim olunan məhsullar

Olam.az vasitəsilə ofis mebeli, texniki avadanlıq, iş yerlərində istifadə olunan müxtəlif ləvazimatlar və digər korporativ əmlak alıcılara təqdim olunur.

Fərdi və korporativ müştərilər

Olam.az həm fərdi, həm də korporativ müştərilərə xidmət göstərir. Korporativ satışlar çərçivəsində rəsmi sənədləşmə və bank köçürməsi vasitəsilə ödəniş imkanları təqdim edilir.

Məqsədimiz

Məqsədimiz müəssisələr üçün inventar satışını sadələşdirmək, alıcılar üçün isə keyfiyyətli məhsullara münasib şərtlərlə çıxış yaratmaqdır.